Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu
  • Hərb / Manşet

  • Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Asiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Cavab atəşilə qarşı tərəf susdurulub.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər