İlham Zəkiyev ölkəmizə 12-ci medalı qazandırdı

İlham Zəkiyev ölkəmizə 12-ci medalı qazandırdı
  • İdman

  • Cüdoçumuz İlham Zəkiyev Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Belə ki, özbəkistanlı rəqibi Şirin Şərifov əvvəlki görüşdə qadağan olunmuş fənd işlətdiyi üçün yarışdan kənarlaşdırıldığından, Zəkiyev güləşməmiş bürünc medala layiq görülüb. Bu, 41 yaşlı İlhamın dördüncü Paralimpiya mükafatı olub. Daha əvvəl cüdoçumuz 2004 və 2008-ci ildə qızıl və 2012-ci ildə bürünc medal qazanmışdı.

    Bununla da Azərbaycan üçün cüdo yarışları başa çatıb. Bu yarışlarda qazanılan 12 medaldan 8-i (6 qızıl və 2 bürünc medal) cüdo millilərimizin hesabındadır.

    Xatırladaq ki, daha əvvəl qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq), Sevda Vəliyeva (-57 kq), Xanım Hüseynova (-63 kq), Dürsədəf Kərimova (+70 kq), kişi cüdoçularımızdan Vüqar Şirinli (-60 kq), Hüseyn Rəhimli (-81 kq) qızıl medal qazanıb. Həmçinin Namiq Abbaslı (-66 kq) bürünc medala sahib çıxıb.

    Onu da bildirək ki, Azərbaycan hazırda 9 qızıl və 3 bürünc medalla yeddinci sırada qərarlaşıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər