Qazaxıstan müdafiə naziri istefa verdi

Qazaxıstan müdafiə naziri istefa verdi
  • Dünya

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sursat anbarında baş verən fövqəladə hadisədən sonra ölkənin müdafiə naziri Nurlan Yermekbayevin istefasını qəbul edib.

    Asiya.az
    xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali "Instagram” hesabında bildirib.

    Avqustun 26-da Qazaxıstanın Jambıl vilayətində mühəndis sursatının saxlandığı hərbi hissənin anbarında yanğın, sonra isə on partlayış baş verib. 49-u yerli fövqəladə hallar xidmətinin əməkdaşları olmaqla 100-ə yaxın zərərçəkən xəstəxanalara yerləşdirilib. 15 nəfər həlak olub, itkin düşmüş bir nəfərin axtarışları davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər