Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?

Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?
  • Sosial / Araşdırma

  • Sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələrində çalışan işçilərdən COVID-19 paspotu tələb olunacaq.

    Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

    -ictimai iaşə müəssisələrində;

    -mehmanxanalarda;

    -iri ticarət mərkəzlərində;

    -ali və orta-ixtisas təhsili müəssisələrində.

    Qeyd edək ki, qərarda marketlərdə, gözəllik salonlarında, biznes mərkəzlərində COVID-19 pasportunun tələb olunması öz əksini tapmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər