Gözəllik salonlarında PATI satmaq istəyən trans barədə qərar verildi

Gözəllik salonlarında PATI satmaq istəyən trans barədə qərar verildi
  • Hadisə

  • Bakıda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən Kənan Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Asiya.az
    report-a istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb.

    Qərara əsasən, K.Tağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Onun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

    O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.

    K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər