“Qarabağ” - “Bazel” qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirildi

“Qarabağ” - “Bazel” qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirildi
  • İdman

  • Ölkəmizi Konfrans Liqasında təmsil edən Ağdamın "Qarabağ” futbol klubu qrup mərhələsinin I turunda İsveçrə "Bazel”ini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

    Qeyd olunur ki, qarşılaşma sentyabrın 16-da saat 20:45-də başlayacaq.

    Əvvəl matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılırdı.

    Lakin meydançanın ot örtüyünün bərbad vəziyyətdə olması səbəbi ilə qarşılaşmanın Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər