Asiya.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
69 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Şenol Güneşin istefası müzakirə mövzusu olub. 2000 - 2004-cü ildə yığmaya rəhbərlik etmiş mütəxəssis 2019-cu ilin fevralında yenidən komandanın sükanı arxasına keçib.