Nazir rəis müavininə yeni vəzifə verdi

Nazir rəis müavininə yeni vəzifə verdi
  • Siyasət / Manşet

  • Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Asiya.az
    -ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Samux Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Cavid Məmmədov vəzifəsində azad olunub.
    Nazirin digər əmri ilə o, Cəlilabad RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, C.Məmmədov 2019-cu ilin oktyabr ayında Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilmişdi. O, bundan əvvəl Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili işləmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər