Azərbaycanın ilk zəfər filmi - “Beşatılan” (VİDEO)

Azərbaycanın ilk zəfər filmi - “Beşatılan” (VİDEO)
  • Mədəniyyət / Manşet

  • Azərbaycanda Anım Günü kimi təqvimə salınan 27 sentyabrda televiziyada yayımlanacaq “BEŞATILAN” filmi düşmən üzərində tarixi Qələbəmizə həsr olunub.

    Asiya.az
    xəbər veirr ki, filmin qəhrəmanları Birinci Qarabağ müharibəsinin iştirakçıları olan keçmiş döyüş dostlarıdır. Onlar yenidən birləşib Vətən müharibəsinə gedirlər. Bu dostlar şimallı, cənublu, şərqli, qərbli - bütöv Azərbaycan deməkdir. “Beşatılan”ın həm də simvolik mənası var, bu bizim keçmişimizin əks-sədası, həm də qisasıdır.

    Azərbaycan Televiziyasının istehsalı olan “Beşatılan” Azərbaycanın ilk zəfər filmidir...
    Filmin baş məsləhətçisi Qənirə Paşayeva, quruluşçu rejissoru Elçin Məmiyev, ssenari müəllifləri Xalq artisti Firudin Məhərrəmli, yazıçı-publisist Nurəddin Ədiloğlu Qasım Kərimovdur.
    Filmdə bir-birindən maraqlı və həyacanlı döyüş səhnələri ilə tanış olacaqsınız!

    Vətən müharibəsindən bəhs edən “Beşatılan” filmini izləyin!
    PAYLAŞ:

    Oxşar xəbərlər