Azərbaycanda doğuş zamanı ana öldü

Azərbaycanda doğuş zamanı ana öldü
  • Olay

  • Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.

    "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.

    İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.

    Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər