Masallıda qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr mükafatlandırıldı - VİDEO/FOTOLAR

  • Cəmiyyət / Manşet

  • Pandemiya dövrünün tələbləri gözlənilməklə Masallı şəhər Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərlə görüş keçirilib.

    Asiya TV
    xəbər verir ki, tədbir öncəsi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

    Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları - Anar İsgəndərovMəşhur Məmmədov çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi təbrik etdilər. Onlara yeni başladıqları tələbə həyatında uğurlar və yüksək nailiyyətlər arzuladılar.

    Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov məlumat verərək bildirib ki, 2020-2021-ci tədris ilində məktəbləri bitirən 1473 məzundan 598 nəfəri ali məktəblərə qəbul olub. Onlardan 371 nəfəri oğlan, 227 nəfəri qızdır. 26 nəfər şagird ali məktəblərə qəbul imtahanlarlında 600-dən yuxarı nəticə göstərib. 600 baldan yuxarı nəticə göstərən 26 şagirdin 16 nəfəri oğlan, 10 nəfəri isə qızdır.

    Tariyel Əkbərov yüksək nəticə göstərən abituriyentləri təbrik etdi və onlara uğurlar arzuladı.
    Yüksək bal toplayıb tələbə adını qazanan Nəzrin Həmzalı, Aytac Qafarova, Mirzə Əjdərli, Səfər Cəfərli, şəhid mayor Anar Novruzovun qızı Firuzə Novruzova çıxış edərək göstərilən diqqət və qayğıya, müasir təhsilin nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirdilər.

    Tədbirin yekununda 600-dən yuxarı bal toplayan tələbələrə Masallı Rayon İcra Hakimiyyəti Başçısının, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı rayon komitəsinin hədiyyələri təqdim olundu.
    Masallıda qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr mükafatlandırıldı - VİDEO/FOTOLAR
    Masallıda qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr mükafatlandırıldı - VİDEO/FOTOLAR
    Masallıda qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr mükafatlandırıldı - VİDEO/FOTOLAR
    Masallıda qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr mükafatlandırıldı - VİDEO/FOTOLAR
    Masallıda qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr mükafatlandırıldı - VİDEO/FOTOLAR
    Masallıda qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr mükafatlandırıldı - VİDEO/FOTOLAR
    Masallıda qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr mükafatlandırıldı - VİDEO/FOTOLAR
    Masallıda qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr mükafatlandırıldı - VİDEO/FOTOLAR
    Masallıda qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələr mükafatlandırıldı - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər