“İSTİ SU” sənədli filminin təqdimatı oldu - VİDEO

“İSTİ SU” sənədli filminin təqdimatı oldu - VİDEO
  • Mədəniyyət / Araşdırma

  • Masallı rayonunda yerləşən “İsti-su” şəfa sanatoriyasında “İSTİ SU” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

    Asiya TV
    xəbər verir ki, “Masal prodakşın”ın istehsalı olan filmin premyerasında Masallı Regional Mədəniyyət İdarəsinin işçiləri, ziyalılar, media nümayəndələri, sanatoriyanın işçi heyəti və orada müalicə alan şəxslər iştirak ediblər.

    Təqdimat mərasimində çıxış edən “Masal prodakşın”ın baş direktoru Cəfər Cəfərov bildirib ki, “İSTİ SU” sənədli filmində Odlar yurdunun dilbər guşəlrindən olan Masallı rayonunda sağlamlıq mənbəyi kimi çoxdan məşhur olan mineral və termal sulardan bəhs edir.
    Filimdə həmçinin “İstisu” Şəfa Sanatoriyasının yaranmasından, onun müalicəvi əhmiyətindən və hazırki fəaliyyətindən danışılır.

    Çıxış edən “İsti-su” şəfa sanatoriyasının rəhbəri, iş adamı Hacı İldırım Allahyarov sanatoriyanın keçmişi və bu günü barədə tamaşaçılara ətraflı məlumat verərək, sənədli filmin ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə öz təşəkkürünü bildirib.

    Qeyd edək ki, filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Dron operatoru Vadim Eyvazoğludur.
    Sənədli filmdən franqmentlər:




    Xatırladaq ki, buna qədər “Masal prodakşın”-ın bir çox qısa və tam metrajlı ekran əsərləri cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb.

    "İSTİ SU" tammetrajlı sənədli filminə yaxın günlərdə "Asiya TV" YouTube kanalından izləmək olar.
    PAYLAŞ:

    Oxşar xəbərlər