Asiya.az TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında deyib.
"İran hesab edir ki, danışıqlar faydalı bir vasitədir və nəticədə bütün sanksiyaların ləğvinə səbəb olacaq", - deyə o bildirib.
Raisi onu da qeyd edib ki, dərman idxalına mane olan bütün sanksiyalar və hərəkətlər qanunsuz sayılır.