Vahid Ələkbərov ötən il ən çox gəliri olmuş 5 rusiyalı milyarderdən biridir

Vahid Ələkbərov ötən il ən çox gəliri olmuş 5 rusiyalı milyarderdən biridir
  • Dünya / İqtisadiyyat

  • “Forbes” jurnalı 2020-ci ildə ən çox gəlir əldə etmiş rusiyalı milyarderlərin reytinqini açıqlayıb.

    Asiya.az
    TASS-a istinadən xəbər verir ki, reytinqə “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov başçılıq edir. Onun ötənilki gəliri 1,7 milyard ABŞ dolları olub.

    İlk 3-lüyə NLMK qrupunun əsas səhmdarı Vladimir Lisin (1,48 milyard dollar) və “USM Holdings”in rəhbəri Alişer Usmanov (1,43 milyard dollar) da daxildir.

    “Lukoyl”un rəhbəri Vahid Ələkbərov siyahıda 4-cü (1,41 milyard dollar), senator Süleyman Kərimov və ailəsi isə 5-ci yerdə (922 milyon dollar) qərarlaşıb.

    Jurnalın məlumatına görə, gəlir hesablanarkən milyarderlərin aktiv satışından və dividendlərdən əldə etdikləri gəlir nəzərə alınıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər