“UNİBANK”ı bu fırıldağına görə boykod edin” – MÜŞTƏRİDƏN ÇAĞIRIŞ

“UNİBANK”ı bu fırıldağına görə boykod edin” – MÜŞTƏRİDƏN ÇAĞIRIŞ
  • Araşdırma

  • “Unibank”ın müştərisi olan Turqut Əliyev şikayətçidir.

    Asiya.az
    xəbər verir ki, müştəri qabaqcadan “cashback” haqda bankın saytından məlumatlanaraq “Albalı debet” kartı ilə ödəniş edib.

    Onun sözlərinə görə, tərəfdaşı olmayan məkanda posterminal vasitəsi ilə 1000 manat yükləyib: “Və gözləmişəm ki, kartıma 1 faiz “cashback” qayıtsın. Amma ismarış gəldi ki, bu ödənişimə görə mənə 1 manat “cashback” qayıdıb. Yəni 0.1 faiz…
    Müştəri xidmətindən mənə bildirildi ki, kartım köhnədir, ona görə mənə 0.1% “cashback” hesablanır. Halbuki, heç yerdə belə xəbərdarlıq edilməyib, yəni köhnə “Albalı” kartlarına 0.1 % “cashback” hesablanır. Yalnız qeyd var ki, digər kartlarımız üzrə 0.1 % “cashback” hesablanır, sadəcə köhnə “Albalı” kartlarına şamil olunduğu vurğulanmır”.

    Şikayətçinin fikrincə, ümumiyyətlə belə bir termin heç yerdə yoxdur: “Ona görə dərhal kartımda olan “Unibank” və “Albalı kart” logosunu bu hala salıb silmişəm, kartımdan gözümə dəyməsin. Sizə də təklif edirəm bu cür fırıldaqları boykot edəsiniz. Eşitdiyimə görədə “Unibank” hələ yeni belə bir fırıldaq layihə ilə gəlir. Bu da “Leobank” kartıdır. Ancaq reklam etməkdənsə yaxşı xidmət göstərsinlər. Söhbət 10 manat n“cashback”dan getmir, axı əyə görə məni aldatsınlar? Mənim digər bank kartlarım da var, 1 faiz belə aldatmır, bilsəydim onlardan istifadə edərdim”.//Tia.az
    “UNİBANK”ı bu fırıldağına görə boykod edin” – MÜŞTƏRİDƏN ÇAĞIRIŞ
    PAYLAŞ:

    Oxşar xəbərlər