Qənirə Paşayeva Tovuzda Anım Günü mərasimində iştirak etdi - FOTOLAR

Qənirə Paşayeva Tovuzda Anım Günü mərasimində iştirak etdi - FOTOLAR
  • Hərb

  • Tovuz şəhər Şəhidlər Xiyabanında 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir təşkil olunub. Anım tədbirində rayon icra hakimiyyətinin başçısı, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

    Asiya.az
    xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdikdən sonra Ordumuzun keçdiyi qalibiyyət yolundan, Müzəffər Ali Baş Komandanımızın müharibə zamanı göstərdiyi qətiyyətdən söz açıb.

    Anım Günündə Milli Məclisin üzvləri Qənirə Paşayeva Arzu Nağıyev, rayon ictimaiyyətinin nümayəndəsi Mücaməddin Axundov, şəhid leytenant Vasif Heydərovun anası Şövkət Məmmədova, şəhid leytenant Aqil Məcidovun atası Aydın Məcidov, şəhid Röyal Aslanovun atası Elzar Aslanov və Vətən Müharibəsi qazisi Şamil Məmmədov çıxış edib.

    Qənirə Paşayeva 44 günlük müharibənin başlama səbəbləri, özəlliklə, 4 günlük Tovuz Döyüşlərindən sonra Ermənistanla Azərbaycan arasında baş verən hadisələr, düşmənin hərbi-siyasi təxribatları barədə danışıb. Ali Baş Komandanın siyasi iradəsi, prinsipiallığı, xalqımızın mənəvi cəhətdən səfərbər olduğunu vurğulayan Q.Paşayeva, dövlət-xalq birliyinin tarixi zəfərin qazanılmasında müstəsna yerə sahib olduğunu bildirib.

    Gənclərə çağırış edən Q.Paşayeva, əcdadların hərb sənəti ənənələrini davam və inkişaf etdirən çağdaş Ordumuzun bundan sonrakı inkişafında onların üzərinə düşən vətəndaş məsuliyyətinə vurğu edib.

    Q.Paşayeva cənab prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə diqqət və qayğısından söz açaraq, bunu hər bir Millət vəkili, məmur, işadamı, ziyalı və ictimai fəal üçün yüksək örnək adlandırıb.

    Şəhidlərin ruhuna dualar oxunduqdan sonra, Vətən Müharibəsi şəhid­lərimizin xatirəsinə qurulmuş lövhə, Şəhidlər Xiyabanındakı əbədi məşəl abidəsi və şəhid məzarları ziyarət olunub, məzarlar üzərinə gül dəstələri qoyulub, şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilib.
    Qənirə Paşayeva Tovuzda Anım Günü mərasimində iştirak etdi - FOTOLAR
    Qənirə Paşayeva Tovuzda Anım Günü mərasimində iştirak etdi - FOTOLAR
    Qənirə Paşayeva Tovuzda Anım Günü mərasimində iştirak etdi - FOTOLAR
    Qənirə Paşayeva Tovuzda Anım Günü mərasimində iştirak etdi - FOTOLAR
    Qənirə Paşayeva Tovuzda Anım Günü mərasimində iştirak etdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər