Teymur Rəcəbov Çempionlar Turunda Aronyana qalib gəlib

Teymur Rəcəbov Çempionlar Turunda Aronyana qalib gəlib
  • İdman

  • Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun oyunları keçirilir.

    Asiya.az
    -ın məlumatına görə, Azərbaycan təmsilçiləri də növbəti görüşlərini keçiriblər.

    Teymur Rəcəbov bu turda Levon Aronyanla qarşılaşıb. Qrossmeysterimiz bu prinsipial görüşdə qələbə qazanıb. O, ağ fiqurlarla oynadığı 2-ci partiyada rəqibini məğlub edib. 4 oyunun yekununda Teymur 2,5:1,5 hesabı ilə qalib gəlib.

    Şəhriyar Məmmədyarov isə turu məğlubiyyətlə başa vurub. O, Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə uduzub.

    Qeyd edək ki, VI turda Rəcəbov Uesli So, Məmmədyarov Hikaru Nakamura ilə qarşılaşacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər