Paytaxtda ən ucuz icarə haqqı olan BİZNES MƏRKƏZLƏRİ - ONLUQ

Paytaxtda ən ucuz icarə haqqı olan BİZNES MƏRKƏZLƏRİ - ONLUQ
  • İqtisadiyyat / Manşet

  • Bakı şəhərində ən aşağı icarə haqqı olan biznes mərkəzləri məlum olub.

    Ölkənin tanınmış qiymətləndirmə şirkəti olan "VECON CONSULTİNG" paytaxtın biznes mərkəzləri bazarını araşdıraraq ən aşağı icarə haqqı olan 10 mərkəzin siyahısını tərtib edib.

    Belə biznes mərkəzlərnində 1 kvadratmetrin aylıq icarə haqqı 10-25 manat arasında dəyişir.

    Siyahıdakı biznes mərkəzlərindən ən aşağı icarə haqqı "AFEN PLAZA"da qeydə alınıb. Paytaxtın yeni biznes ərazisi sayılan Əhməd Rəcəbli küçəsi yaxınlığında yerləşən mərkəzdə 1 kvadratmetrin aylıq icarə qiyməti 10 manatdan başlayır.

    Tanınmış olsa da, şəhərin nisbətən kənarında yerləşən "Babək Plaza" ilə yanaşı, mərkəzə daha yaxın olan "ASK Plaza" və "SAT Plaza" da nisbətən aşağı qiymətlər təklif edirlər.

    Siyahıda ən yüksək icarə haqqı təklif edən biznes mərkəzlər Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" və Bakının girişində yerləşən "Dalğa Plaza"dır.

    Qeyd edək ki, paytaxtın müxtəif ərazilərində icarə qiymətləri bu və daha aşağı həddə olan biznes mərkəzi adlandırılan obyektlər də var. Amma həmin biznes mərkəzləri şəhər mərkəzindən çox uzaqda yerləşir, ya da burada biznes mərkəz üçün nəzərdə tutulan xidmətlərin tam zərfi göstərilmir.
    Paytaxtda ən ucuz icarə haqqı olan BİZNES MƏRKƏZLƏRİ - ONLUQ
    PAYLAŞ:

    Oxşar xəbərlər