"Masal prodakşn"-ın bir yaşı oldu - VİDEO/FOTOLAR

"Masal prodakşn"-ın bir yaşı oldu - VİDEO/FOTOLAR
  • Mədəniyyət / Araşdırma

  • Film istehsal edən şirkət olan “Masal prodakşn”-ın təsis edilməsindən bir il ötür.

    Asiya TV
    xəbər verir ki,Masal prodakşn-ın yaradıcı heyəti bu məqsədlə Ərkivan qəsəbəsində yerləşən Grandkafedə bir araya gəliblər.

    Tədbir öncəsi Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Tədbiri giriş sözü ilə “Masal prodakşn”-ın baş direktoru Cəfər Cəfərov açaraq şirkətin yaranma tarixindən, hazırkı fəaliyyətindən söz açdı. O, qeyd etdi ki, prodakşn ötən bir il ərzində çox məsuldar işləyərək “Ərkivan qəsəbəsi”, “Öncəqala kəndi”, “İsi kəndi”, “Viləş kəndi” adlı 4 qısametrajlı, “Ərkivan” və “İsti su” adlı 2 tammetrajlı sənədli film, eləcə də klip və müxtəlif növ reklam çarxları çəkib. "Hazırda yaradıcı heyətimiz Masallı şəhidlərinin əziz xatirəsinə həsr etdiyi "Zəfər yolu" adlı sənədli film üzərində işləyir. Zəfər gününə kimi bu filmin təqdimatını nəzərdə tuturuq." - deyə Cəfər Cəfərov bildirib.

    “Masal prodakşn”-ın baş rejissoru Elsevər Əliyev çıxış edərək 2020-ci ilin sərt karantin və Vətən Müharibəsi günlərində Masallı rayonunda yaradılan film şirkətinin yaxın gələcəkdə görəcəyi işlər barədə söz açıb.

    Çıxış edən ssenarist, montaj rejissoru Faiq Mirzə ideya müəllifi olduğu “Qırmızı pəncə” adlı sənədli filmdən danışdı. O, bildirdi ki, hazırda çəkilməkdə olan tarixi mövzuda olan sənədli film “Masal prodakşn”-la “NUR” studiyasının birgə proyektidir.

    Cənub bölgəsində ilk müstəqil video studiyalarından sayılan – “NUR” studiyasının yaradıcısı hacı Elnur Kamiloğlu çıxış edərək, “Masal prodakşn”-da istedadlı, yaradıcı insanların birləşdiyini və peşəkar işlər ərsəyə gətirdiklərini bildirdi.

    Sonra çıxış edən “Asiya TV”-nin direktoru Nurşad Bayramov prodakşnın təkcə sənədli filmlər deyil, eləcə də klip və reklam çarxlarının bədii-estetik mövzu cəhətdən baxımlı olmasını vurğuladı.

    Daha sonra tədbirə qonaq qismində qatılan ictimai fəal Samir Şükürov yaşadığı Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində azərbaycanlılar tərəfindən “Masal prodakşn”-ın eləcə də “Asiya.az” xəbər portalının fəaliyyətinin izlənildiyini və bəyənildiyini bildirdi.
    Keçmiş operator Nicat Abbasov çıxış edərək, “Masal podakşn”-ın yaradıcı heyətinə gələcək işlərində uğurlar arzu etdi.
    "Masal prodakşn"-ın bir yaşı oldu - VİDEO/FOTOLAR
    "Masal prodakşn"-ın bir yaşı oldu - VİDEO/FOTOLAR
    "Masal prodakşn"-ın bir yaşı oldu - VİDEO/FOTOLAR
    "Masal prodakşn"-ın bir yaşı oldu - VİDEO/FOTOLAR
    "Masal prodakşn"-ın bir yaşı oldu - VİDEO/FOTOLAR
    "Masal prodakşn"-ın bir yaşı oldu - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər