Telman İsmayılov haqda şok faktlar açıqlandı: Görün polisdən necə gizlənib

Telman İsmayılov haqda şok faktlar açıqlandı: Görün polisdən necə gizlənib
  • Cəmiyyət

  • Moskvada "Çerkizovski” bazarının keçmiş sahibi, azərbaycanlı milyarder Telman İsmayılovun Podqoritsa Ali Məhkəməsi tərəfindən həbs edilməsi ilə bağlı yeni təfərrüat məlum olub.

    Asiya.az
    "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "Kommersant” qəzeti yazıb.

    Məlumatda qeyd olunur ki, biznesmen Telman İsmayılov təxminən üç il ərzində Monteneqronun paytaxtında kirayə götürdüyü malikanədə yaşayıb.

    Monteneqronun yerli hakimiyyət orqanları isə T.İsmayılovun ölkədə olduğundan xəbərdar olublar. Lakin Monteneqro milyarderin İnterpol tərəfindən axtarışda olmasına baxmayaraq, buna heç bir şəkildə reaksiya verməyib.

    Həmçinin bildirilir ki, T.İsmayılovun yaşadığı malikanə ölkə polisinin və Daxili işlər Nazirliyinin binasının çox yaxınlığında yerləşir:

    "Biznesmen mühafizədən istifadə etmirdi, adi həyat tərzi yaşayaraq heç kimdən gizlənmirdi. Yerli rəhbərlik İsmayılovun ölkədə olduğunu bilirdi. Biznesmenin İnterpol tərəfindən axtarışda olmasına baxmayaraq, onunla bağlı suallar yaranmayıb. Bu cür sadiqlik iş adamının Monteneqro rəsmiləri ilə qurduğu şəxsi əlaqələrinə əsaslanır. Misal üçün, məlumdur ki, ölkə Prezidenti Milo Cukanoviç Telman İsmayılovun Türkiyədəki "Mardan Palace” otelində qonaq olub. Bununla əlaqədar olaraq, Monteneqro parlamentində artıq Telman İsmayılov ilə ölkə rəhbərliyi arasında əlaqəni araşdırmaq təklif olunub”.

    Telman İsmayılovun vəkili Marina Rusakovanın sözlərinə görə, iş adamı həbs olunmazdan bir neçə ay əvvəl Monteneqro hökumətinə siyası sığınacaq üçün müraciət edib. Vəsatətə baxılması noyabrın 12-də baş tutmalı idi.

    Rusakova bildirib ki, müvəkkilinin məsələsinə müğənni Avram Russonun qaçırılması ilə bağlı açılan cinayət işinin ikinci hökmü və Ali Məhkəmənin iyun ayında başqa bir iş (sahibkarlar Vladimir Savkin və Yuri Brilevin qətlə yetirilməsi) üzrə hökmü yenidən nəzərdən keçirməkdən imtina etməsi təsir edib. Qeyd olunur ki, Telman İsmayılov hər iki cinayət işində sifarişçi olaraq təqsirli bilinir. Cinayət əməllərinin T.İsmayılovun qohumları tərəfindən təşkil olunduğu qeyd olunur.

    Qeyd edək ki, Telman İsmayılov bir neçə cinayət işində, o cümlədən iki sahibkarın qətlində ittiham olunur və 2017-ci ildə qiyabi həbs edilib. O, Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər