Masallı RİH-də yeni kadr təyinatı

Masallı RİH-də yeni kadr təyinatı
  • Siyasət / Manşet

  • Masallı Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

    Asiya.az
    xəbər verir ki, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun müvafiq əmri ilə Afəddin Kərimov Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

    O, bu vəzifəyə kimi Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifələrində işləyib.

    Qeyd edək ki, Afəddin Ənvər oğlu Kərimov 18 noyabr 1982-ci ildə Masallı rayonu Eminli kəndində anadan olub.

    2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalvr təhslili alıb.
    2005-2012-ci illərdə Masallı rayon Bala Təklə kənd ümumi orta məktəbində müəllim, dərs hissə müdiri vəzifələrdinə çalışıb.
    2012-2017-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 2017-2018-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlar üzrə məsləhətçi-psixoloqu, 2018-ci ildən 2020-ci ilədək Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, 2020-ci ildən 2021-ci ilədək həmin şöbənin müdir müavini vəzifələrində çalışıb.
    Ailəlidir, 3 övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər