Abu-Dabiyə getmək istəyən azərbaycanlılara xoş xəbər

Abu-Dabiyə getmək istəyən azərbaycanlılara xoş xəbər
  • Sosial / Manşet

  • Azərbaycan vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə girişi üçün karantin tələbi ləğv edilib.

    Asiya.az
    bu barədə xarici mətbuata istinadən xəbər verir.

    Məlumata görə, əmirliyin Mədəniyyət və Turizm Departamenti "yaşıl siyahı"ya daxil olan ölkələrin siyahısını yeniləyib. Bu dəfə siyahıya Azərbaycan da əlavə olunub. Ölkəmizin vətəndaşları Abu-Dabiyə çatdıqda karantində qalmalı olmayacaq. Amma onlardan yerli hava limanında PCR testindən keçmək tələb edilə bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər