Lerikdə ağacları kəsən şəxs cəzalandırıldı

Lerikdə ağacları kəsən şəxs cəzalandırıldı
  • Olay

  • Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdiyi nəzarət tədbirləri zamanı Lerik rayonu Siyov bələdiyyəsinin mülkiyyətinə aid ərazidə 6 ağacın kəsildiyini müəyyən edib.

    Xidmət rəsmisi Bəhruz Məhəmmədov Asiya.az-a bildirib ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Elşad Şəfiyev tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub.

    O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lerik Rayon Prokurorluğuna göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər