Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı
  • Manşet / Hərb

  • Vətən müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

    Bu barədə Asiya.az-a şəhidin qardaşı Vüqar Əliyev məlumat verib.

    O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

    Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər