Qasımovlar ailəsinə ağır itki

Qasımovlar ailəsinə ağır itki
  • Manşet / Cəmiyyət

  • Bu gün öz xeyirxah əməlləri ilə təkcə Masallıda deyil, ölkə hüdudlarından kənarda da tanınan Qasımovlar ailəsinə ağır itki baş verib.

     

    Asiya.az xəbər verir ki, ailənin başçısı Şükür Abdulla oğlu Qasımov vəfat edib. 

     

    Şükür Qasımov 1926-cı il də Masallı rayonunun Ərkivan qəsəbəsində doğulub. 

    Zəhmətkeş, xeyirxah, saf ömür yaşayan Şükür kişi ən əsası yaxşı ailə başçısı olub. 

     

    Onun oğlu Məşkur Qasımov Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti azərbaycanlıları Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müvini, SSRİ idman ustası, Yunan-roma güləşi üzrə Sankt-Peterburq və Leninqrada vilayəti üzrə yığma komandanın prezidenti, Rusiya Federativ Respublikasının Əməkdar məşqçisidir. 

     

    Digər oğlu Qasıməli Qasımov Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti azərbaycanlıları Milli Mədəni Muxtariyyəti Cəmiyyətinin Ağsaqqalla şürasının sədri, Rusiya Federativ Respublikasının Əməkdar inşaatçısı, elm xadimi, professordur.

     

    Ailənin Masallı rayonunda yaşayıb sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər üzvləri də cəmiyyət arasında nüfuz sahibləridir.


    Oğlanları Sucayət Qasımov “Qala-95” şirkətinin rəhbəri, Salam Qasımov əməkdar mühəndis, İbadulla və Səfərəli Qasımovlar isə kənd təsərrüfatının digər sahələri ilə məşğuldurlar. 

    Masallı Gənclər və İdman İdarəsinin rəhbəri Sabiq Cahangirov mərhumun nəvəsidir.

     

    Allah rəhmət etsin.

    PAYLAŞ:

    Oxşar xəbərlər