"Kayrat"ın ulduz futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

"Kayrat"ın ulduz futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
  • İdman

  • Qazaxıstanın "Kayrat" klubu Bakıda "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununa ciddi itki ilə çıxacaq.

    Asiya.az
    xəbər verir ki, bu barədə yerli jurnalist Aydın Kojahmet bildirib.

    Onun sözlərinə görə, braziliyalı hücunçu Vaqner Lav topuq nahiyəsindəki zədə səbəbindən meydana çıxmayacaq. Təcrübəli forvard XXIV turda səfərdə "Aktobe"yə 2:1 hesabı ilə qalib gəldikləri qarşılamanı da buraxıb.

    Daha əvvəl Almatı təmsilçisində erməni futbolçu Kamo Ohanesyanın Bakıya gəlməyəcəyi bəlli olub.

    Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər