Masallıda NƏFƏSİMİZİ belə kəsirlər... - FAKT

Masallıda NƏFƏSİMİZİ belə kəsirlər... - FAKT
  • Sosial / Araşdırma

  • Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin redaksiyamıza verdiyi məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev keçirdiyi sonuncu iclasda onlara "Bu yaxınlarda attestasiya, ondan sonra ixtisar və optimallaşma olacaq.
    Burada önəmli deyil ki, kim ali təhsilli və ya kadrdır. Odur ki, indidən başınızın çarəsini qılıb özünüzə başqa idarə və müəssisələrdə iş axtarın" - deyib.

    Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin şikayətçi əməkdaşı bildirir ki, 2020-ci ilin son rübü Mərkəzə "məşəçi geyim dəsti" daxil oldu. Biz o geyim dəstindən istəyən zaman, Adəm müəllim bildirdi ki, bu geyimlər meşəni yaxşı mühafizə edənlər üçün gəlib.

    Bəs necə olur ki, Mühafizədə olanların bəzilərinə bu geyimləri vermədilər. Sözügedən geyim dəstinin birini baş direktor özü, mühasibi Mansur Nurəliyev və baş meşəbəyi Faiq Əmişov geyindi. Məgər bunlar mühafizədə çalışırlarmı?!

    Şikayətçi daha sonra bildirir ki, "Adəm müəllim o məşəçi geyim dəstindən bir neçə dəstini bəzi işçilərin adına yazaraq, mal-qara fermasında çalışan çobanlarına verdi.

    Adəm müəllimin göstərişi ilə Cəlilabad rayonunda "Dioqnostika" ilə üzbə-üz qeyri-qanuni olaraq metrəyə vurularaq odun satılır.

    Adəm İsmiyev həmin odun "bazarı"na şəxsən nəzarət edir.

    Həmin odunlar birbaşa Cəlilabad meşələrindən qanunsuz kəsilərək gətirilir.

    Odunların bir qismi Adəm Ismiyevin şəxsi mal-qara fermasına qış yanacağı üçün daşınır."

    Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.
    Asiya.az




    PAYLAŞ:

    Oxşar xəbərlər