Sumqayıtda müəllimlərdən pul tələb edildi - VİDEO

Sumqayıtda müəllimlərdən pul tələb edildi - VİDEO
  • Araşdırma / Olay

  • Sumqayıt şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktor əvəzi Dilarə Şəfiyeva gimnaziyada təmir işləri aparmaq üçün müəllimlərdən pul tələb edib. Direktor gimnaziyaın divarlarının boyanması üçün müəllimlərdən 20 manat pul gətirmələrini istəyib.

    Asiya TV
    xəbər verir ki, bu barədə gimnaziyadan daxil olan şikayətdə bildirilib. Şikayətdə yazılır ki;
    “Dilarə Səfiyevanın psixoloji vəziyyəti yerində deyil. Davranış və danışığını idarə edə bilmir. Müəllimlərin dərsləri diaqnostik qiymətləndirməyə əsasən topladıqları bala uyğun olaraq bölünməlidir. Direktor əvəzi isə bunu nəzərə almadan istədiyi formada dərsləri bölür. Bununla bağlı müəllimlər tərəfindən Təhsil Nazirliyinə də şikayət olunub. Dilarə Səfiyeva direktor müavini işləmədən birbaşa direktor əvəzi keçirilib. Heç bir vəzifə səlahiyyətlərindən xəbəri yoxdur. Gimnaziyanı qanunlara uyğun şəkildə deyil, öz isədiyi şəkildə idarə edir. Müəllimləri direktor kimi təsdiqləndikdən sonra görəcəyi işlərlə bağlı hədələyir”.

    Təhsil Nazirliyindən redaksiyamıza verilən açıqlamada isə məsələ aidiyyəti üzrə araşdırılacağı bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər