Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
  • Sosial

  • Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

    Bakı Şəhəri üzrə Təhsil idarəsindən Asiya.az-a verilən məlumata görə, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

    Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər