Ronaldu yığmadan gedişi barədə danışıb

Ronaldu yığmadan gedişi barədə danışıb
  • İdman

  • Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo yığma komandanı nə vaxt tərk edəcəyilə bağlı sualı cavablandırıb.

    O, bunun üçün hələ tez olduğunu bildirib.

    "Axı niyə? Düşünürəm ki, hələ vaxtı çatmayıb. Qaça, rəqibi topla aldada, qapıya zərbə vura bilməsəm...Axı bunların hamısı məndə hələ ki, var. Odur ki, davam etmək və daha yüksək səviyyələrə qalxmaq istəyirəm”, -deyə ulduz futbolçu bəyan edib.

    Qeyd edək ki, ötən ay 36 yaşlı hücumçu seçmə komandada vurduğu qolların sayına görə (115) dünya rekordunu yeniləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər