Masallıda abidə-bulaq kompleksinin açılışı oldu - VİDEO

Masallıda abidə-bulaq kompleksinin açılışı oldu - VİDEO
  • Araşdırma / Hərb

  • Masallı rayonu Köçəkli kəndində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə ərazinin fəal və vətənpərvər gənclərinin qüvvəsi ilə inşa edilmiş “Kəndimizin şəhidləri” adlı abidə-bulaq kompleksinin açılışı olub.

      

    Asiya TV xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları - Məşhur MəmmədovAnar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, həmçinin kənd sakinləri iştirak ediblər.

     

    Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     

    Kompleksdə Birinci və İkinci Qarabağ döyüşlərində Köçəkli kəndindən şəhid olmuş altı qəhrəman oğulun, altı igidin xatirə lövhələri yerləşdirilib.

     

    Tədbirdə Şəhidlərin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqdan söz açılıb.

     

    Tədbirdə çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirdə kənd məktəbinin balaca fidanları Vətənə, ordumuza, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

     

    Sonda mərasim iştirakçıları bulaq-abidənin önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.








    PAYLAŞ:

    Oxşar xəbərlər