Bu qadın 9 uşaq dünyaya gətirdi: Dünya rekordunu qırdı - FOTOLAR

Bu qadın 9 uşaq dünyaya gətirdi: Dünya rekordunu qırdı - FOTOLAR
  • Maraqlı

  • 9 uşaq dünyaya gətirərək rekord qıran qadın aylar sonra ortaya çıxıb.

    AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Malidən olan 26 yaşlı Halima Cisse may ayında Mərakeşdə bir klinikada doqquz uşaq dünyaya gətirdiyini söylədikdən sonra doqquz körpəsi ilə şəkillərini paylaşıb.

    Doqquz uşaq dünyaya gətirən Halima Cisse İngiltərənin Daily Mail qəzetinə açıqlamasında bu sözləri deyib: "Uşaqlarımı dünyaya gətirdiyim may ayından xəstəxanada müalicə olunurdum. Onların vəziyyəti günü-gündən yaxşılaşır. İstəyirəm ki, uşaqlarım sağalsınlar və mümkün qədər tez ölkəmiz Maliyə gedək. 500 və 1000 qram çəki ilə doğulan uşaqlarım doğulan andan küvəzdə həkimlər tərəfindən müalicə olunur. 

    35 yaşlı ata Kader Arbi eyni anda 9 uşaq sahibi olmağın inanılmaz olduğunu və övladlarının vəziyyətinin günü-gündən yaxşılaşdığına və kökəlmələrinə çox sevindiyini bildirib.

    Halima və həyat yoldaşı dünya gündəminə düşdüyü gündən bəri dünyanın hər yerindən onlara dəstək mesajı göndərən hər kəsə təşəkkürlərini bildiriblər.

    Ailənin tezliklə uşaqları ilə bərabər vətənə dönəcəyi gözlənilir.
    Ayşən Mirzəyeva


    PAYLAŞ:

    Oxşar xəbərlər