Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO

Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO
  • Manşet / Olay

  • Masallıda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib.

    Asiya TV
    xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

    Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Masallı şəhər sakini Ceyhun Vəliyev olduğu müəyyən edilib. O, idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş “VAZ 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Etdikləri lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

    Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Ceyhun Vəliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər