“Ərkivan” Masallını “Region Liqası”nda təmsil edəcək - FOTO

“Ərkivan” Masallını “Region Liqası”nda təmsil edəcək - FOTO
  • Manşet / İdman

  • Masallıda “Region Liqasında” rayonumuzu təmsil edəcək “Ərkivan” futbol klubunun üzvləri ilə görüş keçirilib.

    Asiya.az xəbər verir ki, “Viləş” mini futbol meydançasında Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov “Region Liqasında” rayonumuzu təmsil edəcək “Ərkivan” futbol klubunun üzvləri ilə görüşüb. Görüş zamanı İdarə rəisi Sabiq Cahangirov klubun şəxsi heyəti ilə tanış olub və “Ərkivan” komandasının oyunçularına keçiriləcək “Region Liqasında” rayonumuzu layiqincə təmsil etməyi arzulayıb. Sonra İdmançılara İdman formaları paylanılıb.

    Sonda “Ərkivan” komandasının üzvləri ilə xatirə şəkili çəkilib.

    Qeyd edək ki, “Ərkivan” komandası 5 oyun evdə, 5 oyun isə səfərdə keçirəcək, ilk oyunu 31 oktyabr 2021-ci il tarixdə Masallı şəhər Mərkəzi stadionunda Qaradağ rayonunun “Qobustan” komandasına qarşı oynaycaq.


    PAYLAŞ:

    Oxşar xəbərlər