Ata 9 yaşlı qızını 55 yaşlı kişiyə satdı: Sağ qalmaq üçün etmişəm - FOTO

Ata 9 yaşlı qızını 55 yaşlı kişiyə satdı: Sağ qalmaq üçün etmişəm - FOTO
  • Olay

  • Əfqanıstanda ata 9 yaşlı qızını 55 yaşlı kişiyə satıb.

    Asiya.az Qərb mediasına istinadən xəbər verir ki, Əfqanıstanda 9 yaşlı qızı doğma atası 55 yaşlı kişiyə 2200 dollar pul və qoyun qarşılığında satıb. Ata bir neçə ay əvvəl 12 yaşlı qızını da evlənmək üçün satıb.

    Pərvanə adlı qız daha sonra gözlərinə və dodaqlarına makiyaj edib, onu alacaq şəxslə görüşüb. 
     
    Pərvanənin ailəsi ilə birlikdə 4 ildir Badgisdəki əfqan qaçqın düşərgəsində yaşadığı, ailənin isə humanitar yardım aldığı məlum olub.

    Pərvanənin ailəsi başqa variantlarının olmadığını bildirsə də, məlum olub ki, ata Əbdül Malik bir neçə ay əvvəl digər 12 yaşlı qızını da satıb.

    Pərvanənin satışından gələn pulun ailəni bir neçə ay ayaqda saxlayacağını bildirən Malik, sonradan başqa çarə tapmalı olduğunu söylədi. O, "Biz səkkiz ailə üzvüyük. Digər ailə üzvlərini yaşatmaq üçün onu satmalıyam” - deyə bildirib.

    Pərvanəni alan Qurban adlı şəxs Əbdül Malikə qoyun, torpaq və nağd pulla 200 min əfqan (təxminən 2200 dollar) qonorar ödəyib. Kişi alqı-satqıya evlilik kimi baxmadığını, arvadı olduğunu və Pərvanəyə baxacağını bildirib.
     
    Ayşən Mirzəyeva
     


    PAYLAŞ:

    Oxşar xəbərlər