Millət vəkili balaca rəssamla görüşdü - FOTOLAR

Millət vəkili balaca rəssamla görüşdü - FOTOLAR
  • Mədəniyyət / Manşet

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış yazar Rəsmiyyə Sabir və onun qızı – Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının 4 sinif şagirdi Minarə Abdullayeva ilə görüşüb.

     

    Asiya.az xəbər verir ki, Qənirə Paşayeva Rəsmiyyə Sabiri yaxın günlərdə elmlər doktorluğu dissertasiyasının uğurlu müdafiəsi münasibəti ilə təbrik edib, ona yeni elmi və yaradıcılıq uğurları arzulayıb.

     

    Rəsmiyyə Sabir Şahmar Əkbərzadə adına Beynəlxalq ədəbiyyat mükafatı alması münasibəti ilə “Vektor”da nəşr olununan “Zindan sevinci” kitabını Komitə sədri üçün imzalayıb. Komitə sədri Rəsmiyyə Sabirin yeni yaradıcılıq planları ilə maraqlanıb.

     

    Q.Paşayeva Minarə Abdullayevanı, az yaşının olmasına baxmayaraq, ölkəmizi Türkiyə, Almaniya, Bolqarıstan, Norveç, Peru və b. ölkələrdə düzənlənmiş bir sıra beynəlxalq müsabiqələrdə uğurla təmsil etdiyinə görə təbrik edib: 

     

    “Tətbiqi və təsviri sənət üzrə respublika və beynəlxalq səviyyəli müsabiqələrdə qazandığın uğurlar sənin istedadını təcəssüm etdirir. Təsadüfi deyil ki, Qarabağ mövzusunda keçirilən beynəlxalq müsabiqədə “Bayraq kimliyimizdir” əsərin 1-cilik qazanıb.

    İstedadın hər bir yaradıcılıq işində aydın görünür və uğurların bizi sevindirir. Sənə yeni yaradıcılıq uğurları arzulayıram”!

     

    Komitə sədri yaxın vaxtlarda balaca rəssamın fərdi sərgisinin təşkil edilməsi təklifi ilə çıxış edib.

    Minarə Abdullayeva Almaniyada keçirilən beynəlxalq rəsm müsabiqəsində mükafata layiq görülmüş “Xarıbülbül” adlı rəsm əsərini Mədəniyyət Komitəsinin sədrinə hədiyyə edib.

     

    Komitə sədri Minarəyə Abdullayevaya və Rəsmiyyə Sabirə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

    Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.
    Rəsmiyyə Sabir və Minarə Abdullayeva səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.



    PAYLAŞ:

    Oxşar xəbərlər