Qənirə Paşayeva bir qrup ziyalı, yazar və sənətçi ilə görüşdü - FOTOLAR

Qənirə Paşayeva bir qrup ziyalı, yazar və sənətçi ilə görüşdü - FOTOLAR
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq aristi Ramiz Həsənoğlu, Əməkdar artist Nuriyyə Hüseynova, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, “Sənət Akademisi”nin rəhbəri Səbuhi Zaman və ünlü “Kurtlar Vadisi Pusu” serialından tanıdığımız sənətçi Erhan Ufak (Güllü), tanınmış tarzən Cəbrayıl Göyüşov, tanınmış sənətçi Fərahim Sadiq, Folklor institunun folklor studiyasının rəhbəri, musiqiçi Mahir İbrahimov, Xalq şairi Balaş Azəroğlunun övladı Etibar Abizadə, tanınmış yazarlar -  Dos.Dr.Təranə Turan Rəhimli, Dos.Dr.Rəsmiyyə Sabir, AYB-nin katibi Səlim Babullaoğlu, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, bir çox vətənpərvərlik mahnılarının sözlərinin müəllifi - gənc yazar Qabil Ədalət, vətənpərvərlik mahnılarının ifaçısı - istedadlı gənc Sadiq Qulubəyli ilə görüşüb.

    Asiya.az xəbər verir ki, Qənirə Paşayeva sənətçilərlə, yazarlarla Zəfər Bayramı ərəfəsinə təsadüf edən görüşlərin onunçün çox anlamlı olduğunu bildirib:

    "İnşallah doğma Qarabağın sənət həyatının canlanmasına öz töhfələrinizi verəcəyinizə inanıram. İnanıram ki, torpaqlarımızın azadlığı siz sənətçiləri, yazarları yeni uğurlara həvəsləndirəcəkdir".

    Sənətkarlar, mədəniyyət işçiləri və gənclər səmimi görüş və fiki mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib. Komitə sədri onların uğurları, qayğıları, planları ilə maraqlanıb, hər birinə yeni uğurlar arzulayıb.







    PAYLAŞ:

    Oxşar xəbərlər