Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub
  • İdman

  • Azərbaycan güləşçisi Əliabbas Rzazadə dünya çempionu tituluna yiyələnib.

    Asiya.az
    -ın məlumatına görə, sərbəst güləş üzrə millimizin üzvü Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların yarışında qızıl medala yiyələnib.

    57 kq çəkidə xalçaya çıxan Rzazadə finalda Bekbolot Mirzənəzər Uulunu (Qırğızıstan) 7:6 hesabı ilə məğlub edib.
    Digər güləşçimiz Zirəddin Bayramov (65 kq) isə bürünc medal görüşündə Stilyan İliyevə (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.
    PAYLAŞ:

    Oxşar xəbərlər