Masallıda ZƏFƏR BAYRAĞI kompozisiyası təqdim olundu – VİDEO/FOTO

Masallıda ZƏFƏR BAYRAĞI kompozisiyası təqdim olundu – VİDEO/FOTO
  • Mədəniyyət / Manşet

  • Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin növbəti ədəbi-bədii kompozisiyası Zəfər Günü ərəfəsində izləyicilərə təqdim edilib.

      

    Asiya TV xəbər verir ki, yazıçı-publisist Nurəddin Ədiloğlunun Aprel döyüşləri və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin əziz xatirəsinə həsr etdiyi səhnə əsərinin təqdimatından əvvəl şəhidlər bir dəqiqəlik sükutla yad olunub.

     

    Tamaşaboyu Vətən nisgili, doğma yurd yerlərimiz olan Qarabağ, döyüş motivləri, hərb xatirələri tutarlı bədii obrazlarla təsvir olunub.

    Tələbələr şəhidlərin həyatından bəhs edən şeirlər söyləyiblər.

     

    Səhnə tamaşası və ifalardan sonra şəhidlər anası Ziba Əsgərova ailəsinə göstərilən qayğı və ehtiramdan şərəf duyduğunu bildirərək övladlarına necə Vətən məhəbbəti, Vətən tərbiyəsi öyrətdiyindən danışıb.

     

    Sonra şəhid İntiqam Əsgərlinin həyatı və döyüş yolundan bəhs edən yazıları əsasında quruluş verilmiş "Zəfər Bayrağı" adlı bir pərdəli, üç şəkilli kompozisiyanın müəllifi Nurəddin Ədiloğlu çıxış edərək İntiqam və Nurlan qardaşları kimi övlad yetirən Azərbaycanı, Ana Torpağı, ata-ananı, müəllimləri dilə gətirib.

     

    Sonda Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və digər rəsmiləri şəhid valideynləri ilə görüşərək onlara səbir diləyib, şəhid Vətən övladlarının ruhuna ehtiramlarını ifadə ediblər.







    PAYLAŞ:

    Oxşar xəbərlər