ABŞ-da reperin konserti zamanı 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb - VİDEO

ABŞ-da reperin konserti zamanı 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb - VİDEO
  • Olay

  • Amerikalı reper Trevis Skottun Texas ştatının Hyuston şəhərində verdiyi konsertdə izdiham nəticəsində 14-27 yaş arasında 8 nəfər ölüb, 13 yaralı xəstəxanada qalıb.

    Asiya.az
    -ın məlumatına görə, bu barədə şəhər meri Silvestr Terner mətbuat konfransında bildirib.

    “Dünən gecə baş vermiş hadisə nəticəsində 8 nəfərin ölməsi ilə bağlı məlumat daxil olub, onlardan biri 14, digəri 16, ikisi 21, daha ikisi 23, sonuncu isə 27 yaşındadır. Hələlik dünyasını dəyişənlərdən bir nəfərin şəxsiyyəti müəyyən edilməyib...”, deyə mer vurğulayıb.
    Əlavə edilib ki, 25 nəfər xəstəxanaya çatdırılıb, 13-ü hələ də həkim nəzarətindədir: “Xəsarət alanların 5-i 18 yaşdan aşağıdır. Heç kimin itkin düşməsi barədə məlumat verilməyib”.

    Eyni zamanda, Hyuston polisinin rəhbəri Troy Finnerin sözlərinə görə, konsertdə təhlükəsizlik əməkdaşlarından biri naməlum şəxs tərəfindən boynundan xəsarət alaraqa huşunu itirib.
    Həkimlərin müdaxiləsindən sonra mühafizəçi özünə gəlib.
    Konsertin təhlükəsizliyi 1,2 minə yaxın polis və mühafizəçi tərəfindən qorunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər