Azərbaycan millisinin Lüksemburq və Qətərlə oyun üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Lüksemburq və Qətərlə oyun üçün heyəti açıqlanıb
  • İdman

  • Azərbaycan milli komandasının heyəti açıqlanıb.

    Asiya.az
    -ın AFFA-nın saytına istinadən məlumatına görə, yığmanın italiyalı baş məşqçisi Canni de Byazi noyabrda keçiriləcək oyunlar üçün heyəti müəyyənləşdirib.

    Millimiz bu ay 2021-ci ildəki son iki görüşünü keçirəcək. Komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Bakıda Lüksemburqla, üç gün sonra yoldaşlıq oyununda Qətərlə qarşılaşacaq.
    2021-ci ilin son heyəti həm də müqaviləsi başa çatacaq de Byazinin son siyahısı ola bilər. Anlaşması ilin sonunda bitən italiyalı bu dəfə heyətə 24 oyunçu daxil edib. “Zirə”nin gənc futbolçusu Cəlal Hüseynov ilk dəfə milliyə dəvət alıb. Heyətdə ölkə xaricində çıxış edən 6 futbolçu da var.
    Mehdi CənnətovZirəQapıçı
    Emil BalayevQarabağQapıçı
    Şahrudin MəhəmmədəliyevQarabağQapıçı
    Maksim MedvedevQarabağMüdafiəçi
    Bəhlul MustafazadəQarabağMüdafiəçi
    Azər SalahlıKeşləMüdafiəçi
    Mert ÇelikNeftçiMüdafiəçi
    Höccət HaqqverdiSumqayıtMüdafiəçi
    Bəxtiyar HəsənalızadəSabahMüdafiəçi
    Tellur MütəllimovSumqayıtMüdafiəçi
    Anton KrivotsyukVisla (Polşa)Müdafiəçi
    Amin SeydiyevSabahMüdafiəçi
    Cəlal HüseynovZirəMüdafiəçi
    Qara QarayevQarabağYarımmüdafiəçi
    Çoşqun DiniyevZirəYarımmüdafiəçi
    Filip OzobiçQarabağYarımmüdafiəçi
    Vüqar MustafayevSumqayıtYarımmüdafiəçi
    Emin MahmudovNeftçiYarımmüdafiəçi
    Rüstəm ƏhmədzadəMinay (Ukrayna)Hücumçu
    Namik ƏləskərovBursaspor (Türkiyə)Hücumçu
    Renat DadaşovTondela (Portuqaliya)Hücumçu
    Ramil ŞeydayevQarabağHücumçu
    Mahir EmreliLegiya (Polşa)Hücumçu
    Araz AbdullayevEtnikos (Kipr)Hücumçu
    Qeyd edək ki, millinin hər iki matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər