Masallıda şəhid Əlisa Əliyevin anım mərasimi keçirildi – FOTO

Masallıda şəhid Əlisa Əliyevin anım mərasimi keçirildi – FOTO
  • Sosial / Manşet

  • Masallı rayonunun Qızılağac kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Əlisa Arif oğlu Əliyevin il mərasimi təşkil edilib.

     

    Asiya.az xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin üzvləri - Məşhur Məmmədov və Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, kənd sakinləri, media nümayəndələri iştirak ediblər.

     

    İcra başçısı Şahin Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Əlisa Əliyev və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, bu torpağın hər qarışı Vətəndir. Şəhidlər zirvədədir. 

     

    Masallı rayonunun icra başçısı həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkındakı görülən işlər haqqında məlumat verərək, “Zəfər Günü”ndə hər kəsi bu abidənin açılışına dəvət etmişdir.

     

    Şəhid Əlisa Əliyevin ailəsi, şəxsən atası Arif Əliyevin hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.



    PAYLAŞ:

    Oxşar xəbərlər