Masallıda şəhid Murad Nefesovun xatirəsi anılıb – FOTO

Masallıda şəhid Murad Nefesovun xatirəsi anılıb – FOTO
  • Manşet / Hərb

  • Masallı şəhərindən olan, 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Murad Ocaqdurdu oğlu Nefesovun il mərasimi təşkil olunub.


    Asiya.az xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət Vəkilləri - Anar İsgəndərov, Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.


    İcra başçısı Şahin Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Murad Nefesov və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd edib ki, Muradlar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarıblar. 

    Allah Murad balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm.. 


    Qeyd edək ki, Vətən Müharibəsinin şəhidi Murad Ocaqdurdu oğlu Nefesov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunması” medalları ilə təltif edilib.



    PAYLAŞ:

    Oxşar xəbərlər