Azərbaycan Prezidenti Türk Dünyasının Ali Ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti Türk Dünyasının Ali Ordeni ilə təltif edilib
  • Siyasət / Araşdırma

  • Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib.

    Asiya.az
    -ın xəbərinə görə, bu gün İstanbulda Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Ordenini Azərbaycan dövlət başçısına təqdim edib.

    Ərdoğan Azərbaycan Prezidentinə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən qürur duyduğunu bildirib.
    Eyni zamanda, Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçib, Türkiyə təşkilatın sədri elan edilib.

    Qeyd edək ki, Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına sədrlik edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər