Millət vəkili Milli Qəhrəman İlqar Mirzəyevin ailə üzvləri ilə görüşüb - FOTO

Millət vəkili Milli Qəhrəman İlqar Mirzəyevin ailə üzvləri ilə görüşüb - FOTO
  • Sosial

  • Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 12-16 iyul 2020-ci il Tovuz Döyüşlərində şəhid olmuş polkovnik, Milli Qəhrəman İlqar Mirzəyevin anası, qardaşı, tələbə və döyüş yoldaşı ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Komitə sədri, şəhid polkovnikin doğmalarını dinləyib, öz ürək sözlərini bölüşüb:

    "Siz, Vətən uğrunda öz canını qurban vermiş Milli Qəhrəmanımızın doğmalarısız. Biz sizinlə Zəfər Günü ərəfəsində görüşürük və bu il ilk dəfə qeyd olunan Zəfər Bayramı münasibəti ilə təbriki, sevinci, qüruru ən çox siz şəhid ailələri, doğmaları haqq edirsiniz. Sizlərə çox minnətdarıq! Şəhid Qəhrəmanımızın əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik! Şəhid polkovnikimiz Azərbaycan Prezidentinin 9 dekabr 2020-ci il tarixli, 2337 saylı Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, daha öncə bir sıra medallarla da təltif olunub. Bu gün biz sizinlə birgə, Qəhrəmanımızın həyat və döyüş yolunun da işıqlandırıldığı "Tovuz döyüşləri" kitabının təqdimatında iştirak etdik. Belə kitablar gələcəkdə də yazılacaq, şəhidlərimiz haqqında başqa sənət növlərində də yeni yaradıcı münasibətlərlə qarşılaşacağımıza inanıram. Şəhidlərimizi heç zaman unutmayacaq, həmişə minnətdarlıqla xatırlayacağıq. Hazırda Qəhrəman polkovnikin oğlu həqiqi hərbi xidmətdədir. Ona xidmətdə uğurlar diləyir, bizim salam-sayğılarımızı bütün doğmalarınıza çatdırmağı xahiş edirəm".

    Komitə sədri şəhid polkovnikin doğmalarına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

    Görüşdə "Nəfəs" İB sədri Firəngiz Balakişiyeva, RHİM İB sədri Arzu Bağırova iştirak edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər