Azərbaycan Beynəlxalq Bankı ASAN Xidmətdə QANUNSUZLUQ EDİR – FOTOFAKT

Azərbaycan Beynəlxalq Bankı ASAN Xidmətdə QANUNSUZLUQ EDİR – FOTOFAKT
  • Araşdırma / İqtisadiyyat

  • Azərbaycan Beynəlxalq bankı ASAN xidmət mərkəzində qanunsuz fəaliyyətə yol verir. 

    Asiya.az
    xəbər verir ki, bununla bağlı iqtisadçı Əkrəm Həsənov fikrini əsaslandırıb. Onun sözlərinə görə, kassa qovşağı qanunvericiliyin tələblərinə cavab vermir.
    Ə. Həsənov deyir ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən Azərbaycan Beynəlxalq Bankının şöbəsi var: “Elə oradaca kassa qovşağı da yerləşir (vətəndaşlar ödənişləri orada həyata keçirir). Bankların kassa qovşaqlarına dair tələblər “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın (http://e-qanun.az/framework/10123) 4-cü bəndində təsbit edilib. Şəkildə qovşağın iç hissəsi görünmədiyi üçün bütün tələblərə riayət edilməsi haqda rəy bildirmək mümkün deyil. Lakin şəkildən görünür ki, bu qovşaq sözügedən bənddə nəzərdə tutulmuş ən azı 2 tələbə cavab vermir:
    1) divarların qalınlığı 40 santimetrdən az olmamalıdır (şəkildən görünür ki, divarlar faktiki heç yoxdur da);

    2) iki qapı ilə bağlanmalıdır: birinci qapı dəmir barmaqlıqdan hazırlanmalı, bir daxili kilidlə bağlanmalı, ikinci bayır qapı dəmirdən hazırlanmalı və iki kilidlə bağlanmalıdır. Sözügedən qapıların olmaması öz yerində, qovşaq ümumiyyətlə açıq zonada yerləşir və heç pəncərəsi belə yoxdur.
    Hər hansı bank filialı və şöbəsi açılanda bank nəzarəti orqanı (əvvəllər Mərkəzi Bank, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası) kassa qovşağına baxış keçirir. Özü də kifayət qədər ciddi. Ən azı Mərkəzi Bankın dövründə banklara bu iş çox baha başa gəlirdi. Bəs onda Beynəlxaq Bankın “ASAN”dakı kassa qovşaqlarına bank nəzarəti orqanı niyə göz yumub və yummaqda davam edir?”//Tia.az

    PAYLAŞ:

    Oxşar xəbərlər