“Qədirxum” sahibi karantini pozub 1500 nəfərlik toy elədi

“Qədirxum” sahibi karantini pozub 1500 nəfərlik toy elədi
  • Manşet / Olay

  • Dünən Hacıqabulda yerləşən “Qədirxum” restoranında karantin qaydalarını pozaraq 1500 nəfərlik toy şənliyi keçirilib.

    Asiya.az xəbər verir ki, AFN-ə bu barədə yerli sakinlər məlumat verib. Bildirilir ki, Bakı-Qazax maqistral avtomobil yolunun kənarında yerləşən məhşur “Qədirxum” restoranında böyük toy şənliyi keçirilib. Toy şənliyi “Qədirxum” restoranın sahibi Hacı İltifatın oğlu Əbil üçün qurulub. Məclisdə 1500 nəfərdən çox qonaq iştirak edib. Rusiyadan gələn soydaşlarımız, millət vəkilləri, müxtəlif dövlət qurumlarının nümayəndələri də məclisdə iştirak edib. Ən maraqlısı odur ki, 1500 nəfərlik məclisin keçirilməsi üçün portala 10 nəfərin adından sifariş verilib. Guya həmin gün restoranda 10 nəfərin toyu olub, əslində isə bir nəfər üçün məclis qurulub.

    Məlumatda o da bilririlir ki, Hacıqabul rayon polis şöbəsi tərəfindən toy sahibi 4 min manat məbləğində cərimələnib. Lakin fakt odur ki, məclis keçirilən vaxtı restorana polis əməkdaşları gəlməyib və hər kəsə tapşırılıb ki, video çəkiliş aparılmasın.
    PAYLAŞ:

    Oxşar xəbərlər