Masallıda evlərdən oğurluq edən şəxslər saxlanılıb

Masallıda evlərdən oğurluq edən şəxslər saxlanılıb
  • Manşet / Hadisə

  • Masallı rayonu ərazisindəki evlərin birindən 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini E.Məmmədov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Asiya.az-a bildiriblər ki, aparılan tədbirlərlə onun həmkəndlisi R.Ağayevlə birgə daha bir evdən 5 min, digər evdən isə 1500 manat dəyərində məişət əşyaları oğurladıqları da müəyyənləşdirilib.

    Aparılan əməliyyatlarla R.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər