Arzu Bağırova muzeyə Nizami Gəncəvinin portretini hədiyyə etdi - FOTO

Arzu Bağırova muzeyə Nizami Gəncəvinin portretini hədiyyə etdi - FOTO
  • Mədəniyyət / Manşet

  • “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova Zəfər Günü ərəfəsində Masallı Rayon Tarix Diyarşünaslıq Muzeyini ziyarət edib. 

    Asiya.az xəbər verir ki, rayonun istedadlı rəssamları tərəfindən çəkilən şəhidlərin tablolarını və şəxsi əşyalarından ibarət sərgini böyük maraqla izləyən Arzu Bağırova istedadlı gənc rəssamlara hədiyələr təqdim edib. 

    QHT sədri ”Nizami Gəncəvi ili” çərçivəsində muzeydə hazırlanan stendlə tanış olub, ipək saplarla işlənən ”Nizami Gəncəvi” portretini muzeyə hədiyyə edib.

    Sonda Arzu Bağırova xatirə kitabına öz ürək sözlərini yazıb. 



    PAYLAŞ:

    Oxşar xəbərlər