Döyüşlərdə 10 erməni əsgəri öldürülüb

Döyüşlərdə 10 erməni əsgəri öldürülüb
  • Manşet / Hərb

  • Hazırda Azərbaycan-Ermənistan sərhəddində şiddətli döyüşlər davam edir.

    Asiya.az xəbər verir ki, Azərbaycan Ordusu təxribat törədən düşmənə layiqli cavab verir.
    Ermənistanda nəşr olunan “Haykakan Jamanak” qəzetinin yaydığı məlumata görə, əsas döyüşlər Sisyan rayonu ərazisində yerləşən Qızıltəpə dağında gedir. Belə ki, təxribat həmin istiqamətdə başlayıb. Bu gün səhər saatlarında düşmən hücumunun qarşısını alan Azərbaycan əsgərləri həmin dağda yerləşən iki mövqeni götürüb.

    Erməni tərəfinin ciddi itkiləri də var. Yenə həmin nəşr xəbər verir ki, son döyüşlərdə 10-a yaxın erməni əsgəri öldürülüb. Bundan başqa, düşmən 2 döyüş mövqeyini itirib. 6 erməni hərbçisinin isə Azərbaycan tərəfindən əsir götürüldüyü qeyd edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər